Azərbaycan və Aİ ölkələrinin beyin mərkəzləri ilə forum planlaşdırılır

Tarix: 26 Dec 2025 11:15

Azərbaycan və C-6 ölkələrinin beyin mərkəzləri arasında fevral ayında forum keçirmək niyyətimiz var.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında deyib.

O əlavə edib ki, Avropa İttifaqı ölkələrinin beyin mərkəzləri ilə də belə bir forumun təşkil edilməsi planlaşdırılır.

Fərid Şəfiyev deyib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycana qarşı dezinformasiyalara cavab verəcək.

“Ölkəmizə qarşı dezinformasiya kampaniyalarında elə göstərilir ki, guya Ermənistanla normallaşma prosesi ancaq Azərbaycanın maraqlarına xidmət edir. Ölkəmizi hələ də müharibə cinayətlərində ittiham edirlər. Ruben Vardanyan və onunla əlbir olan şəxslərə bəraət qazandırmağa çalışırlar. Bizim bu cür dırnaqarası məqalələrə əlbəttə ki, cavablarımız olacaq. Bu cür məqalələrin müəllifləri qapalı şəkildə etiraf edirlər ki, onların iradları obyektiv deyil”, - Fərid Şəfiyev bildirib.

Toğrul Quluzadə Azərbaycan C-6 ölkələri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fərid Şəfiyev

Xəbər Lenti