Azərbaycandan Suriyaya və Ukraynaya göndərilən humanitar yardımın həcmi və məbləği açıqlanıb

Tarix: 26 Dec 2025 15:35

2025-ci ildə Suriyaya 200 ton, Ukraynaya 44 milyon dollardan çox dəyərdə humanitar yardım göndərilib.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir həmçinin bildirib ki, regiona investisiyaların cəlb edilməsi üçün Azərbaycan xarici ölkələrlə müvafiq təmaslar aparıb: “Ölkəmiz enerji və iqtisadi layihələrin icrasında təşəbbüslər irəli sürüb və əməli addımlar atıb”.

Toğrul Quluzadə

Xəbər Lenti