Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 15:13
2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimiz milli maraqlarımızın reallaşdırılmasına yönəlib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan diplomatik təmsilçilik səviyyəsini yüksəldib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycan etibarlı beynəlxalq tərəfdaşdır.
O vurğulayıb ki, qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet olub: “Son bir il ərzində Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında münasibətlər davam edib. Düşənbədə keçirilən görüş münasibətlərin normallaşması baxımından effektiv olub”.
Nazir əlavə edib ki, 2025-ci ildə yeni geosiyasi reallıqlara uyğun olaraq, Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub və bu istiqamətdə mühüm addımlar atılıb: "Beynəlxalq sülhün təşviqi, beynəlxalq yardım fəaliyyətləri, vasitəçilik səyləri, beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”.
Firuzə Vahid