Nazir: 5 ölkə ilə vizasız gediş-gəlişin təmin olunması üçün danışıqlar gedir

Tarix: 26 Dec 2025 16:34

"5 ölkə ilə vizasız gediş-gəlişin təmin olunması üçün danışıqlar gedir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında APA TV-nin sualına cavabında bildirib.

“Vətəndaşlarımızın gediş-gəlişini sadələşdirmək üçün vizasız rejim tətbiq edən ölkələrin sayının artırılması üçün xarici işlər nazirliyi tərəfindən mütəmadi işlər görülür. Biz bu məsələdə qarşılıqlılıq prinsipi də daxil olmaqla bir sıra amilləri nəzərdən keçirir və təhlil edirik. Hazırda BƏƏ, Qətər, Mərakeş, Serbiya, Çin kimi ölkələrlə vizasız gediş-gəliş rejimi mövcuddur. Əlbəttə ki, bu, sadəcə mülki vətəndaşlara aid olan vizalardır. Diplomatik vizalardan söhbət gedirsə, bizim bu mövzuda əməkdaşlıq etdiyimiz ölkələrin sayı daha çoxdur. Təkcə 2025-ci ildə diplomatik pasportla bağlı xarici ölkələrlə 10 saziş imzalanıb və ümumilikdə bu ölkələrin sayı 74-dür”.

Toğrul Quluzadə Xarici İşlər Nazirliyi Ceyhun Bayramov XİN viza

Xəbər Lenti