Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 16:09
“Türkiyə Azərbaycan üçün qardaş dövlətdir, müttəfiq ölkələrik. Bu münasibətlərin bənzəri yoxdur”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, münasibətlərin əsasında tarixi bağlarla yanaşı iki ölkə lideri arasında səmimi münasibətlər dayanır: “Türkiyə Azərbaycan üçün həssas olan Ermənistanla münasibətlərdə hər zaman Azərbaycana dəstək olub. 44 günlük Vətən müharibəsindən sonra da Türkiyə-Ermənistan normallaşma prosesi koordinasiyalı fəaliyyətlə həyata keçirilib. Bu, müsbət nəticələr verməkdədir. Həmkarım Hakan Fidan da TBMM-də demişdi ki, Ermənistanla Türkiyə münasibətləri Azərbaycanın Ermənistanla münasibətlərinə bağlıdır. Əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək. Eyni zamanda, Türkiyədən Ermənistana uçuşların sayının artırılması yenilik olmadı, məlumatımız var idi".
Firuzə Vahid Ermənistan Türkiyə Azərbaycan uçuş münasibət