Nazir: Avropa Parlamentində qəbul edilən qətnaməyə dair hesabat verməyi vacib bilmirik

Tarix: 26 Dec 2025 17:28

“İndiyə qədər Avropa Parlamentinin Azərbaycanı hədəfləyən qətnamələri ilə bağlı çoxsaylı hallarla rastlaşmışıq. Avropa-Azərbaycan əlaqələri barədə danışarkən, qeyd etmək lazımdır ki, burada müxtəlif təsisatlar mövcuddur. Bir sıra qurumlar bizə qarşı müsbət mövqedədir və bizimlə əlaqələri inkişaf etdirmək istəyirlər”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“AŞPA, Avropa Parlamenti kimi isə təsisatlar ikitərəfli münasibətlərdə neqativ gündəlik formalaşdırır. Bu qurumların bizə qarşı ədalətsiz mövqeyi təəssüf ki, digər Avropa qurumları ilə əlaqələrimizə təsir edib. Milli Məclisin Avropa Parlamentində 18 dekabrda bizə qarşı qəbul edilən qətnaməyə çox tutarlı cavabı olub. 2025-ci ildə Avropanın bir çox təsisatları Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyiblər. Biz onların bu addımlarına müsbət buna cavab verdik, çünki Azərbaycanın Avropanın bütün qurumları ilə münasibətləri inkişaf etdirmək marağı var. Növbəti il Avropanın bəzi qurumları, öz qərəzli mövqelərində durğunluq etsələr, münasibətləri düzəltmək istəsələr, biz də buna müsbət cavab verəcəyik. Təəssüf ki, bizim edə biləcəyimiz çox şey yoxdur və onlara təsir imkanlarımız da yoxdur. Ümumilikdə, dekabrın 18-də bizə qarşı qəbul edilən qətnaməyə dair hesabat verməyi vacib bilmirik”, - Ceyhun Bayramov qeyd edib.

Toğrul Quluzadə Avropa Parlamenti Azərbaycan qətnamə

Xəbər Lenti