Ceyhun Bayramov: Arzu edərdik ki, Rusiya-Ukrayna müharibəsi başa çatsın

Tarix: 26 Dec 2025 17:10

Ukrayna müharibəsindən sonrakı proseslərdən asılı olaraq siyasətimizi müəyyənləşdirəcəyik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Arzu edərdik ki, Rusiya-Ukrayna müharibəsi başa çatsın. Bizim bu müharibənin başa çatmasından sonra siyasətimiz, burada hansı proseslərin olacağından, münaqişənin hansı şərtlərlə başa çatmasından asılıdır. Rusiya-Ukrayna münasibətləri, eləcə də Rusiya-Qərb münasibətləri, bu əlaqələrdə soyuqluq davam edəcək, ya ortaq məxrəc tapılacaq, Ukraynanın təhlükəsizlik təminatları necə olacaq, Ukraynanın bərpası ilə bağlı beynəlxalq plan necə olacaq və s. Bizim növbəti yanaşmamızla bağlı fərziyyələr irəli sürmək olmaz”, - nazir qeyd edib.

Toğrul Quluzadə Ceyhun Bayramov Ukrayna müharibəsi Rusiya-Ukrayna münasibətləri

Xəbər Lenti