Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 07 Jan 2024 17:15
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) ölkədə 31 mart tarixində keçiriləcək bələdiyyə seçkilərindəki namizədləri bəlli olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, 26 namizədin adlarını dövlət başçısı Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Qeyd edək ki, Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi olan İstanbul Bələdiyyəsi üçün Murat Kurumun namizədliyi irəli sürülüb. Murat Kurum 2018-2023-cü illərdə ölkənin ətraf mühit və şəhərsalma naziri olub.
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan hazırkı İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Ekrem İmamoğlu da vəzifəsini qorumaq üçün mübarizəyə növbəti dəfə davam edəcək.
***
16:28
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkilərində İstanbuldan namizədinin adı açıqlanıb.
APA xəbər verir ki, namizədin adını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.
AK Partiyanın İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizədi sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum olub.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri mart ayında keçiriləcək.