Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 07 Jan 2024 20:10
Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Qəzza zolağı və Qırmızı dənizdəki vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatik xidməti məlumat yayıb.
Qeyd olunur ki, Borrell yanvarın 7-8-də Səudiyyə Ərəbistanında ikigünlük səfərdə olacaq və orada yüksək vəzifəli şəxslərlə, o cümlədən xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi ilə görüşəcək.