Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 07 Jan 2024 19:54
Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko bildirib ki, müharibə zamanı Ukrayna Silahlı Qüvvələri 500 min hərbçi itirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Direct” telekanalının efirində danışıb.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti xidmət etməyənləri motivasiya etmək üçün itkilərin real sayını açıqlamalıdır.
Lutsenko qeyd edib ki, müharibəyə getmək istəməyən milyonlarla insanı “məndən başqa hamı xidmət edə bilər” deyərək rahatlıq zonasından çıxarmağın başqa yolu yoxdur.