Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 10:37
Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Yaşar Əliyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş bu əlamətdar günün dünya azərbaycanlılarının birliyi, milli həmrəyliyi və dövlətçilik ideyalarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu bayramın Azərbaycan xalqının milli kimliyinin qorunması və diaspor fəaliyyətinin gücləndirilməsi baxımından mühüm rol oynadığını da qeyd edib.
Tədbir ziyafət və milli rəqslərlə davam edib.
Ayxan Abbaslı
Çexiya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
