Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 08 Jan 2024 01:49
İsrail 2024-cü ildə Qəzzaya hücumlarını davam etdirəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi işğal altındakı İordan çayının qərb sahilinə səfəri zamanı ölkəsinin Qəzzaya hücumlarından danışıb.
2024-cü ilin keşməkeşli olacağını bildirən Halevi, İsrailin şimalındakı köçkünlərin geri qaytarılmasına Hizbullaha təzyiq edərək nail olacaqlarını dilə gətirib.