Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb

Tarix: 08 Jan 2024 03:29

Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco tələbin azalması fonunda planetin bütün regionlarında fevral ayında tədarük edilən Arab Light markalı neftin qiymətini aşağı salıb.

APA xəbər verir ki, bu barədə Bloomberg-məlumat yayıb.

Agentliyin məlumatına görə, Asiya bazarlarına tədarük üçün qiymət 1,5-2 dollar/barel azaldılıb.

Saudi Aramco həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.

Xəbər Lenti