Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 08 Jan 2024 05:20
Ötən gün Qəzza zolağında daha iki jurnalist öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, “Əl-Cəzirə” telekanalının Qəzza bürosunun rəhbəri Vael Dahduhun böyük oğlu jurnalist Həmzə Dahduh Qəzzaya endirilən raket zərbəsi nəticəsində həlak olub.
Digər jurnalist Mustafa Thuraya da avtomobilin raketlə vurulması nəticəsində zaman həlak olub. O, didərgin düşmüş mülki şəxslərdən müsahibə almaq üçün əl-Mavasi şəhərinə gedirmiş.
Xatırladaq ki, oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 102-yə çatıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə siə, Qəzza zolağında ümumi ölənlərin sayı 22 722 nəfərə çatıb.

