Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 08 Jan 2024 05:20
Ötən gün Qəzza zolağında daha iki jurnalist öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, “Əl-Cəzirə” telekanalının Qəzza bürosunun rəhbəri Vael Dahduhun böyük oğlu jurnalist Həmzə Dahduh Qəzzaya endirilən raket zərbəsi nəticəsində həlak olub.
Digər jurnalist Mustafa Thuraya da avtomobilin raketlə vurulması zamanı həlak olub. O, didərgin düşmüş mülki şəxslərdən müsahibə almaq üçün əl-Mavasi şəhərinə gedirmiş.
Bununla da oktyabrın 7-dən indiyə kimi Qəzza zolağında öldürülən jurnalistlərin sayı 107-ə çatıb.
Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında ölənlərin sayı 22 835 nəfərə çatıb. Qeyd olunub ki, 58 416 nəfər isə yaralanıb.

