Yaponiyada zəlzələdə ölənlərin sayı 161-ə çatıb

Tarix: 08 Jan 2024 07:41

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.

APA Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var. İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.

Xəbər Lenti