Yaponiyadakı zəlzələdə ölənlərin sayı artır

Tarix: 08 Jan 2024 09:54

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 161 nəfərə çatıb. 

Ən son məlumata görə, 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 195 nəfər isə itkin düşüb. 

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.

Xəbər Lenti