Rəsmi Bakı Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndə sabitliyi möhkəmləndirmək səylərini alqışlayır

Tarix: 27 Dec 2025 18:21

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında davam edən gərginliyi azaltmaq və təhlükəsizlik və sabitliyi möhkəmləndirmək səylərini alqışlayır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, Yəməndəki mövcud vəziyyət təmkinli olmağın və kollektiv işə, dialoqa və sülh qərarlarına üstünlük verməyin vacibliyini vurğulayır:

"Azərbaycan Yəmən Respublikasının birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir və ölkədə möhkəm sülhə, firavanlığa və inkişafa nail olmaq üçün Yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün səyləri yüksək qiymətləndirir", - deyə paylaşımda vurğulanıb.

XİN

Xəbər Lenti