Fransanın Baş naziri istefa verdi

Tarix: 08 Jan 2024 22:07

Fransanın Baş naziri Elizabet Born istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Yelisey sarayının saytında məlumat verilib.

Bildirilib ki, respublika başçısı Emmanuel Makron onun vəzifəsindən istefasını təsdiqləyib.

“Xanım Elizabet Born bu gün hökumətdən istefa ərizəsini Respublika Prezidentinə təqdim edib və o, bunu qəbul edib”, - deyə rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, Born 2022-ci ilin mayından baş nazir vəzifəsini icra edir.

Xəbər Lenti