Rusiyada 30-dan çox avtomobil toqquşub: 4 ölü, 16 yaralı - VİDEO - YENİLƏNİB

Tarix: 08 Jan 2024 21:24

Rusiyanın Novqorod vilayətində 30-da çox avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada xəsarət alanların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

***

Saat 17:24

Rusiyanın Novqorod vilayətində 30-da çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, M-11 Neva magistralında baş verən qəza nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb.

Novqoroddan Moskva istiqamətində nəqliyyatın hərəkəti tam iflic olub.

Xəbər Lenti