İsveç vətəndaşlarını müharibəyə hazır olmağa çağırıb

Tarix: 09 Jan 2024 01:10

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bulin vətəndaşları müharibəyə hazır olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq bəyanat hökumətin saytında dərc olunub.

O bildirib ki, hər bir ölkə sakini dünyada baş verən hadisələrlə bağlı məlumatlandırılmalıdır.

“İsveçdə müharibə ola bilər. Mən bir qapı açmaq istəyirəm: gündəlik həyatın tələbləri və çətinlikləri ilə tez-tez bağlanan və darmadağın olan bir qapı. Bu, bir çox isveçlinin ömrü boyu bağlı saxladığı bir qapıdır”, - Bulin izah edib.

İdarə rəisinin bəyanatına İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden də qoşulub. O, TV4 telekanalına müsahibəsində vəziyyətin ciddiləşdiyini deyib.

Xəbər Lenti