Yaxın Şərqdə müharibə daha bir il davam edə bilər - KİV

Tarix: 09 Jan 2024 10:43

Yaxın Şərqdə hərbi əməliyyatlar daha bir il davam edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Nazirliyinin nümayəndələrinə və keçmiş kəşfiyyat zabitlərinə istinadən “The Guardian” yayıb. 

Hərbçilər Qəzzada hərbi əməliyyatların azı 1 il ərzində davam edəcəyini gözləyirlər. 

İsrail Müdafiə Ordusunun Mətbuat katibi Daniel Haqari açıqlamasında qeyd edib ki, Qəzzanın mərkəzi və cənubu döyüşçülərin yerləşdiyi yeraltı tunellər şəbəkəsi ilə doludur. Onun sözlərinə görə, sözügedən ərazilərin təmizlənməsi üçün 3 ay vaxt tələb olunacaq və buna görə də, hərbi əməliyyatlar 2024-cü ildə də davam etdiriləcək. 

Xatırladaq ki, Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibə 2023-cü il oktyabrın 7-si başlayıb.

Xəbər Lenti