Ermənistanda əsgər postda zabiti öldürüb

Tarix: 09 Jan 2024 11:13

Ermənistanda əsgər xidmət zamanı zabiti öldürüb.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Vardenis rayonunda (Basarkeçər) yerləşən, Müdafiə Nazirliyinin nəzdində olan hərbi hissələrdən birində postda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Xəbər Lenti