İSF-nin gələn il üçün büdcəsi təsdiqlənib

Tarix: 29 Dec 2025 14:43

İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Firuzə Vahid işsizlik sığorta fond

Xəbər Lenti