Ehtiyac meyarı artırılıb

Tarix: 29 Dec 2025 15:04

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.

Prezident İlham Əliyev Qanun ehtiyac meyyarı

Xəbər Lenti