Şoyqu Ukrayna ordusunun ötən il verdiyi itkiləri açıqlayıb

Tarix: 09 Jan 2024 14:16

Ötən il Ukrayna Silahlı Qüvvələrinin itkiləri 215 min nəfəri keçib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi selektor müşavirədə bildirib.

Onun sözlərinə görə, ötən il Ukrayna ordusu 28 mindən silah-sursat itirib.

Şoyqu xüsusilə qeyd edib ki, Rusiya qoşunları bütün təmas xətti boyunca strateji təşəbbüsü özündə saxlayır.

Xəbər Lenti