Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 09 Jan 2024 18:04
İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 185-ə yüksəlib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin saytında məlumat verilib.
Bildirilib ki, bu gün Qəzzanın mərkəzində Bureycdə partlayıcının işə düşməsi nəticəsində beş hərbçi həlak olub.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.