Şənbə, 21 Mart, 2026
Tarix: 30 Dec 2025 12:30
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.
Mraciəti deputat Zaur Şükürov oxuyub.
Müraciətdə deyilir:
“30 illik işğala son qoyulması Azərbaycanın güclü dövlət olduğunu və Azərbaycan xalqının daim öz dövlətini dəstəklədiyini nümayiş etdirib.
Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə fəxr edirlər.
Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Azərbaycanın bütün potensialının ortaya çıxarılaraq dünyaya tanıdılması üçün görüləsi işlərimiz çoxdur. Azərbaycan xalqının varlığı və gələcəyi dünya azərbaycanlılarının birliyindən çox asılıdır”.
Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.
***
saat 12.26
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edəcək.
APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.
Mraciəti deputat Zaur Şükürov oxuyur.
Firuzə Vahid Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü