Kolleclərdə optimallaşdırma aparılıb

Tarix: 30 Dec 2025 13:05

2025-2026-cı tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı layihəsində bəzi optimallaşdırma prosesləri həyata keçirilib, bir sıra istiqamətlər üzrə müəyyən yanaşmalar ortaya qoyulub və buna uyğun olaraq tələbə qəbulu plan layihəsi hazırlanıb.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.

"Hazırlanmış layihədə orta ixtisas təhsili pilləsi üzrə tələbə qəbulu planı öncəki illə (24.659 yer) müqayisədə 2.4 % (584 yer) artırılaraq 25.243 yerə çatdırılıb. Proqnozlaşdırılan tələbə qəbulu yerlərinin 8.154-ü (32.3%) ümumi orta təhsil bazasından (9 illik bazadan), 17.089 yer (67.7%) isə tam orta təhsil bazasından (11 illik bazadan) təklif edilir", - məlumatda qeyd olunub

Gülcahan Məmmədova kollec Elm və Təhsil Nazirliyi

Xəbər Lenti