Ölkə üzrə 11 universitetdə institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib

Tarix: 30 Dec 2025 13:04

2025-2026-cı tədris ilində ölkə üzrə 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.

Qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi, Gəncə Dövlət Universitetində isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

"17 ATM-də proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 14 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Cəlilabad, Şamaxı və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Odlar Yurdu Universiteti) “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiyası və 3 ATM-də (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib", - hesabatda qeyd edilib.

Günay Elşən Elm və Təhsil Nazirliyi akkreditasiya

Xəbər Lenti