Cümə axşamı, 26 Mart, 2026
Tarix: 10 Jan 2024 11:02
“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Qurum rəsmisi əlavə edib ki, müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək .