Çılpaq parti keçirilən klub bağlandı

Tarix: 11 Jan 2024 06:58

20, 21 dekabrda televiziya aparıcısı Nastya İvleevanın təşkilatçılığı ilə çılpaq partinin keçirildiyi “Mutabor” klubu bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Moskvanın Lefortovo Rayon Məhkəməsinin qərarına əsasən, klub 90 gün fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, sözügedən partidə yarıçılpaq geyim tərzi gecənin qonaqları üçün öncədən planlaşdırılıb. Tanınmışlar arasında Flip Krikorov, Dima Bilan, Nikolay Vasiliyev, Kseniya Sobçak və başqaları olub.

Xəbər Lenti