XİN: Venesuela vitse-prezidentinin Rusiyada olması barədə məlumat yalandır

Tarix: 03 Jan 2026 18:37

Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin Rusiyada olduğu açıqlanıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

APA-nın Moskva bürosunun xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Venesuela vitse-prezidentinin Rusiyada olması ilə bağlı məlumatın feyk olduğunu açıqlayıb.

Bildirilib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuela vitse-prezidenti Delsi Rodrigez ilə telefon danışığı aparıb. Lavrov Rusiyanın Venesuela xalqı ilə güclü həmrəyliyini ifadə edib.

Fərid Əkbərov Rusiya XİN Venesuela

Xəbər Lenti