Bazar ertəsi, 5 Yanvar, 2026
Tarix: 03 Jan 2026 19:17
"Meksikanı kartellər idarə edir. Meksika ilə bağlı nəsə etmək lazımdır".
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
ABŞ Prezidenti bildirib ki, faktiki olaraq Meksikanı onun prezidenti Klaudiya Şeynbaum deyil, kartellər idarə edir.
“Buna görə də nəsə etməliyik. Biz narkotiklər üzündən uduzmuşuq, onlar cənub sərhədindən keçir. Meksika ilə bağlı nəsə etmək lazım olacaq”, – o vurğulayıb.
İlqar Xudiyev ABŞ Meksika