Bazar ertəsi, 5 Yanvar, 2026
Tarix: 03 Jan 2026 22:25
ABŞ-ın bir neçə şəhərində yanvarın 3-də Venesuelada hərbi əməliyyatlara qarşı etirazlar keçirilməsi planlaşdırılır.
APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"Biz küçələrə çıxıb başqa bir sonsuz müharibəyə yox deməliyik! Bu ölkənin xalqı başqa bir müharibə istəmir", - CNN “Answer Coalition” qrupundan sitat gətirib.
Nümayişlərin Nyu-Yorkun Tayms meydanında, Vaşinqtonda Ağ Evin qarşısında, Çikaqo və digər şəhərlərin mərkəzi meydanlarında keçirilməsi planlaşdırılır.