Cümə, 16 Yanvar, 2026
Tarix: 04 Jan 2026 08:50
ABŞ müdafiə naziri Pit Heqset Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib.
APA xəbər verir ki, o, bu açıqlamanı 3 yanvarda CBS-ə verdiyi müsahibədə verib.
ABŞ-ın Venesuelanı necə idarə etməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq Heqset bildirib ki, Vaşinqton qaydaları müəyyən edəcək.
O, bundan sonra nə baş verəcəyinə nəzarət edəcəklərini vurğulayıb və bunun ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirməsi ilə başlaya biləcəyini deyib.
Pit Heqset ABŞ müdafiə naziri Venesuela