Nigeriyada silahlılar 37 nəfəri qətlə yetirib

Tarix: 04 Jan 2026 18:37

Nigeriyanın şimalında yerləşən Kasuvan-Dadji qəsəbəsində silahlıların hücumu nəticəsində azı 37 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Vanguard News” portalı məlumat yayıb.

Silahlılar motosikletlərlə yaşayış məntəqəsinə daxil olaraq nizamsız atəş açıb, mağazaları talayıb, yerli bazarı yandırıblar.

Girov götürülən qəsəbə sakinləri də var.

Nigeriya

Xəbər Lenti