Moskva istiqamətində uçan 32 PUA vurulub

Moskva istiqamətində uçan 32 PUA vurulub

Tarix: 04 Jan 2026 20:15

Ukrayna növbəti dəfə Rusiya paytaxtına dronlarla hücum edib. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Moskva istiqamətində uçan 32 Ukrayna PUA-sı məhv edilib.

PUA hücumu ilə əlaqədar Moskvanın hava limanlarında uçuşlara qadağa qoyulub, bir sıra reyslər ləğv olunub.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti