Fitso ABŞ-ın Venesueladakı addımlarını “neft avantürası” adlandırıb

Fitso ABŞ-ın Venesueladakı addımlarını “neft avantürası” adlandırıb

Tarix: 05 Jan 2026 02:48

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərəkətlər “neft avantürası”dır. APA xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətə təsir imkanları məhdud olsa da, ABŞ-ın bu addımlarını qəti şəkildə pisləmək və rədd etmək lazımdır. Baş nazir vurğulayıb ki, bu mövqe Slovakiya–ABŞ münasibətlərinə mənfi təsir göstərə bilsə belə, o, bu riski qəbul edir.

Mənbə: apa.az

Xəbər Lenti