Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Tarix: 12 Jan 2024 18:19

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

“APA-Economics” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.

Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.

Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

Xəbər Lenti