Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 22:21
İranın irəli sürdüyü yeddi şərt razılaşdırılmadan danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil.
APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, Tehranın şərtləri vasitəçilərə dəfələrlə və açıq şəkildə çatdırılıb.
“Kökə və qamçı siyasəti İrana təsir etmir. İrəliləyiş yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra mümkün ola bilər”, – deyə Qalibaf vurğulayıb.
Qeyd edək ki, parlament sədri paylaşımında həmin yeddi şərtin nədən ibarət olduğunu açıqlamayıb.
İran Məhəmməd Baqir Qalibaf Tehran danışıqlar yeddi şərt diplomatiya vasitəçilər
Mənbə: apa.az