Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 14 Feb 2024 10:16
18 mart 2024-cu il, saat 12:00-da lizinq xidmətləri göstərən "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, ümumi yığıncaqda nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə buraxılışı məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək.