Parisdə İsrail və Suriya arasında yeni danışıqlar raundu keçirəcək

Tarix: 05 Jan 2026 07:27

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır. APA xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq. Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.

Xəbər Lenti