Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 05 Jan 2026 13:15
İsrail Müdafiə Qüvvələrinin dünən Livanın cənubunda Əl-Cüməycimə bölgəsinə hücumunda iki Hizbullah üzvü ölüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hizbullah üzvlərinin təşkilatın infrastrukturunu bərpa etməyə çalışdıqları bildirilib.
İsrail Müdafiə Qüvvələri bəyan edib ki, Hizbullahın bu cür fəaliyyətləri İsrail və Livan arasında olan razılaşmalara ziddir.
Toğrul Quluzadə İsrail Hizbullah