Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 05 Jan 2026 16:26
Moldova ordusu Rusiya istehsalı "Kalaşnikov" avtomat silahından imtina edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bildirilib ki, Moldova müdafiə naziri Anatoli Nosatıy bunu ordunun NATO standartlarına keçməsi ilə əlaqələndirib: "Nəhayət, Qərb silahlarına, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə sursat və ehtiyat hissələrinə çıxış imkanı verir".
Nosatıy dövlət televiziyası və radiosuna bildirib ki, artıq ordunun bir neçə bölməsi "Kalaşnikov" avtomatlarından imtina edib.
Fərid Əkbərov Moldova Kalaşnikov avtomat silahı Rusiya