Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 05 Jan 2026 15:57
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən ayrılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
Prezident Zelenski Malyuka Ukrayna Təhlükəsizlik Xidmətində apardığı döyüş fəaliyyətinə görə təşəkkür edib, eyni zamanda, Malyuka yeni, strateji əhəmiyyətli istiqamət üzrə fəaliyyətini davam etdirməsini təklif edib.
“Vasili Malyuka asimmetrik əməliyyatlarımızın istiqamətini dünyanın ən güclüsü səviyyəsinə çatdırmağı tapşırdım. Bunun üçün lazımi resurslar və müvafiq siyasi dəstək mövcuddur. Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədləri də birlikdə müzakirə etdik”, – Ukrayna Prezidenti əlavə edib.
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeniy Xmara ilə də görüşüb.
Zelenski vurğulayıb ki, Ukrayna xüsusi təyinatlılarının və Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Mərkəzinin təcrübəsi geniş miqyasda tətbiq ediləcək.
Ukrayna Prezidentinin müşaviri Dmitri Litvinin verdiyi məlumata görə, Yevgeniy Xmara Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin vəzifələrini müvəqqəti olaraq icra edəcək.
İlqar Xudiyev Zelenski Yevgeniy Xmara