İranda partlayışlar baş verib - VİDEO

Tarix: 05 Jan 2026 17:39

İranda fabrikdə partlayışlar baş verib.

APA “Mehr”ə istinadən xəbər verir ki, partlayışlar İranın Mazandaran vilayətinin Amol şəhərində yerləşən fabriklərdən birində qeydə alınıb.

İlkin məlumata görə, partlayışlara obyektin ərazisində baş verən yanğın səbəb olub. Hadisə yerinə yanğınsöndürmə və xilasedici qüvvələr cəlb edilib.

Partlayış nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur.

https://t.me/apa_az/111489

İran Partlayışlar

Xəbər Lenti