Bakıda “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumu keçirilir - FOTO

Tarix: 13 Jan 2024 11:06

Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” movzusunda forum işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd iqtisadi islahatların indiki mərhələsində müstəqil hesabatlılığı, audit və qiymətləndiricilər institutunu inkişaf etdirmək, onun təsirliliyini artırmaq, bu sahələrdə rəqəmsallaşma işini tətbiq etmək və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının həyata keçirilməsinin ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm töhfə verməkdir.

Forumu Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açaraq qonaqları salamlayıb, forumun işinə uğurlar arzulayıb və forumun əhəmiyyətindən bəhs ediblər.

Onlar qeyd ediblər ki, ölkədə mühasiblərə, auditorlara, maliyyəçilərə və qiymətləndiricilərə daim dövlət dəstəyi olub, xüsusən son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahələrin inkişafına göstərilən diqqət və qayğı sayəsində hesabatlılıq təkmilləşdirilmiş, kölgə iqtisadiyyatı azaldılmış və şəffaflıq artırılmışdır. Bu da öz növbəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarların işinin daha da yaxşılaşdırılmasına zəmin yaradıb.

Xəbər Lenti