KİV: Tramp Administrasiyası Qrenlandiya sazişinin layihəsini hazırlayır

Tarix: 06 Jan 2026 02:57

ABŞ Prezidenti Donald Trampın administrasiyası adanın hakimiyyət orqanlarına təklif edilə biləcək Qrenlandiya sazişinin layihəsi üzərində işləyir.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri əhalinin həyat səviyyəsini yaxşılaşdıracaq Azad Birlik Sazişi Qrenlandiyaya təklif etmək imkanlarını müzakirə edirlər.

Qeyd edək ki, ABŞ-ın hazırda Sakit Okeanın kiçik dövlətləri olan Mikroneziya, Marşal Adaları və Palau ilə oxşar müqavilələri var.

Bu müqavilələrə əsasən, ABŞ bu ölkələrə maliyyə dəstəyi təmin edir və bunun müqabilində daxili özünüidarəetmələrini qoruyub saxlayaraq müdafiə məsələlərini Vaşinqtona həvalə edirlər.

Xəbər Lenti