ABŞ uranın zənginləşdirilməsi üçün yerli şirkətlərə 2,7 milyard dollar ayırıb

Tarix: 06 Jan 2026 03:48

ABŞ Energetika Nazirliyi ölkədə uranın zənginləşdirilməsinin inkişafı üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar ayırıb.

APA xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.

Sənəddə qeyd olunur ki, vəsait növbəti 10 il ərzində ölkə daxilində uranın zənginləşdirilməsi potensialının inkişafı üçün ayrılıb.

ABŞ hökuməti ümid edir ki, bu, enerji təhlükəsizliyini gücləndirəcək və xarici asılılığı azaldacaq.

Xəbər Lenti